Sezen Aksu özünə lüks villa aldı

Sezen Aksu özünə lüks villa aldı
Oxunma sayı: 1982

Türkiyənin pop ulduzu Sezen Aksu İzmirdə özünə villa alıb.  “Qafqazinfo” xəbər verir ki, o, Egey dənizinə yaxın 350 kvadrat metr ərazidə inşa edilən malikanəyə sahib olub.

Çatalkaya ərazisində yerləşən lüks villanın qiyməti barədə məlumat verilməyib. Aksunun yay aylarında sözügedən evə köçəcəyi barədə məlumat yayılıb. 

Qeyd edək ki, müğənni 2007-ci ildə satın aldığı birinci villasına oğrular girmiş, daha sonra 14 il çalışdığı işçisi mülkə yaxın ərazidə dənizdə üzərkən boğulmuşdu. O, bu hadisələrdən sonra villasını 1, 5 milyon dollara sataraq şəhərdən köçmüşdü. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi