Sezen Aksunun səs verdiyi məntəqədə gərgin anlar - Video

sezen-aksunun-ses-verdiyi-menteqede-gergin-anlar
Oxunma sayı: 3214

Türkiyəli müğənni Sezen Aksu da bu gün ölkədə keçirilən prezident və parlament seçkilərində səs verib.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, Beykozda yerləşən məktəblərdən birində səs verən sənətçi KİV nümayəndələrinin onu səs verərkən çəkmələrinə etiraz edərək səlahiyyətli şəxslərdən bu işə müdaxilə etmələrini istəyib.

Bundan əlavə, Aksu ilə birlikdə məntəqəyə gələn bir kişi “Buranın müdürüyəm. Sezen xanımı çəkməyə icazəniz varmı?” deyərək jurnalislərə mane olmağa çalışıb.