Sezen Aksuya ağır itki

sezen-aksuya-agir-itki
Oxunma sayı: 2502

Türkiyənin məşhur müğənnisi Sezen Aksuya ağır itki baş verib.

“Qafqazinfo” xəbər verir ki, sənətçinin atası Sami Yıldırım İzmirdə müalicə aldığı xəstəxanada həyatını itirib. 

91 yaşlı Yıldırım ağciyər çatışmazlığından dünyasını dəyişib. İfaçının atasının yas mərasimi sabah İzmir Hacı Ahmet Tatari məscidində reallaşacaq.