“Shacman” piyadanın üstündən keçdi

shacman-piyadanin-ustunden-kecdi
Oxunma sayı: 658

Şəkidə 47 yaşlı kişinin üstündən yük maşını keçib.
 
"Qafqazinfo" xəbər verir ki, hadisə şahidlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə mayın 18-i günorta saatlarında Şəki şəhərinin Oğuz şosesi adlanan ərazisinin yaxınlığında baş verib.
 
Rayonun Baş Göynük kənd sakini, 1973-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Abdurəhmanov idarə etdiyi “Shacman” markalı yük maşınını arxaya sürərkən yük maşınının arxasında olan Böyük Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Yunis Nəzər oğlu İsmailovun üstündən keçib.
 
Hadisədən sonra üç övlad atası olan, 47 yaşlı Yunis İsmailov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
 
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.