Shokki-Mokkidən xəbər

shokki-mokkiden-xeber-
Oxunma sayı: 1419

İlk olaraq bu məhsul 350 qramlıq, 2 çeşiddə tək və cüt rəngli çeşidləri ilə dükanların rəflərinə daxil oldu. Çox keçmədi ki məhsul uşaq orqanizmi üçün xeyirli, sümüklərin böyüməsinə, inkişaf etməsinə şərait yaradan, sümük quruluşunu gücləndirən, protein və kalsium mənbəyi olan fındıq, süd ilə zəngin, beyni qidalandıran şokolad kremi olaraq həvəskarlarının rəğbətini qazandı. Az keçmədən Shokki Mokkinin qazandığı rəğbət onun qablaşdırmasını daha fərqli etməyə şərait yaratdı. Belə ki, bu dəfə 250 qramlıq qapaqlı stəkan qablaşdırmada yenə də tək və cüt rəngli Shokki Mokki çıxdı, sonra 500 və 250 qramlıq tək rəngli plastik kasa qablaşdırmalar, daha sonra isə 90 və 40 qramlı tək rəng tyubik qablaşdırmalar, iri və xirda həcmli qablaşdırmalarla hamını təəccübləndirdi. Lakin bu hələ son deyildi. Shokki Mokki getdikcə istehlakcılarını daha da sevindirir, daxili bazarda fərqlilik yaratmağa davam edirdi. Bu minvalla da yeni yeni çeşidlərlə nəinki az yaşlı istehlakcıları, həm də bütün ailənin ağız dadına uyğun olan yerli krem şokolad markasına çevrilirdi. Bazara mükəmməl şokolad kremi verməklə yanaşı marka çox keçmədi ki ölkə daxildə analoqu olmayan yüksək keyfiyyətli fındıq əzməsi olan Shokki Mokki GOLD məhsulunu təqdim etdi. Aylar keçirdi və marka getdikcə ailələrin ürəklərini fəth edirdi.

Nəhayət o an gəlib çatdı. Beynəlxalq standartlara cavab verən Shokki Mokki Vətənin sərhədlərini aşaraq, bu dəfə xarici ölkələrə üz tutdu və ixrac olunmağa başladı. Shokki Mokkinin ixracatını tək istehsalçının uğuru deyil, bütün Azərbaycan Respublikasının uğuru adlandırmaq olar. Çünkü Ölkəmizdə istehsal olunan bu markanın məhs yerli məhsul kimi yüksək beynəlxalq keyfiyyət tələblərinə uyğun olması iqtisadi göstəricilərin durmadan inkişaf etməsinə, qida sektorundakı müsbət dəyişikliklərin baş verməsinə dəlalət etməkdədir.

Və beləliklə 2013-cü ildən etibarən Shokki Mokki şokoladlı fındıqlı krem məhsulları Gürcüstan Respublikasına ixrac edilməyə başlamışdır. Bunu hələki ancaq başlanğıc olaraq dəyərləndrimək olar, çünkü Shokki Mokki markasının yerli məhsul olaraq Vətənimizin adını başqa dövlətlərdə də ucaldacağına əminlik hissi duyaraq ”QƏDƏMLƏRİN UĞURLU OLSUN, SHOKKİ MOKKİ !” deyərək bu məsuliyyətli işin hamımız üçün xeyirli olmasını diləyirik.