Sibel Can azərbaycanlı məşhurla duet oxuyacaq

sibel-can-azerbaycanli-meshurla-duet-oxuyacaq
Oxunma sayı: 2661

Türkiyənin məşhur müğənnisi Sibel Can azərbaycanlı məşhurla duet oxuyacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Sibelin özü məlumat verib. 

O, “Altın Kelebek” mükafat gecəsində Xəzər TV-yə danışarkən Azərbaycanın tanınmış müğənnisi ilə mahnı oxuyacağını qeyd edib. Sənətçi aparıcı Murad Arifin israrına baxmayaraq həmin şəxsin kimliyi barədə məlumat verməyib. 

Bundan əlavə, Sibel 8 martda həmin müğənni ilə Bakıda səhnəyə çıxacağını, burada solo konsert verəcəyini vurğulayıb.