“Sibel Can məni evinə dəvət etdi” - Ruhi Əliyeva

sibel-can-meni-evine-devet-etdi
Oxunma sayı: 3876

“Bu günlərdə növbəti konsert danışıqları üçün İstanbula səfər edib Türkiyənin Azərbaycanda da illərdir tanınıb, sevilən müğənnisi Sibel Canla görüşdüm. Gəlişimi eşidən kimi məni evinə dəvət edən Sibel xanımla görüşümüz çox səmimi keçdi”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri iş xanımı Ruhi Əliyeva instaqram səhifəsində yazıb.  O, Sibel Canla fotosunu paylaşaraq müğənninin tezliklə Bakıda konsert verəcəyini bildirib:

“Xeyli söhbət etdik. Konsert üçün onu seçməyimizdən çox məmnun olub, Azərbaycana və azərbaycanlılara olan sevgisindən ağızdolusu danışdı. Konsertlə bağlı razılığa gəldik. "Liatris Holding"in təşkilatçılığı ilə 2019-cu ilin 8 martında Bakıda məşhur türk müğənnisi Sibel Canın konsert proqramı baş tutacaq! Detallar barədə yaxın günlərin birində məlumat verəcəyik. Əminəm ki, elə indidən sibelsevərlər konsertin baş tutmasını səbirsizliklər gözləyirlər”.