Sibel Can nənəsindən imtina etdi

sibel-can-nenesinden-imtina-etdi
Oxunma sayı: 3048

Türkiyənin məşhur müğənnisi Sibel Can barədə yeni bir iddia ortaya atılıb. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, 2006-cı ildə anasını itirən sənətçi nənəsinə baxmaqdan imtina edib. 

Bir müddət əvvəl himayəsinə götürdüyü nənəsinə verdiyi evi satışa çıxarıb. Altsheymer xəstəliyindən( bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir) əziyyət çəkən qadın hazırda evsiz qalıb.

Çətin günlər yaşayan Sibel Canın nənəsi qohumlarının evinə sığınıb.