Sibel Can və Tarkandan sonra Nura - Video

sibel-can-ve-tarkandan-sonra-nura
Oxunma sayı: 4154

Müğənni Nura Suri yeni mahnısını təqdim edib. “Qafqazinfo” xəbər verir ki, sənətçi sözü və musiqisi Nazan Öncelə aid olan “Yalnızlar treni” mahnısını ifa edib. 

Bildirək ki, ilk dəfə türkiyəli ulduz Sibel Can tərəfindən oxunan bəstəni daha sonra bu ilin yayında “Ve Nazan Öncel şarkıları” albomunda Tarkan səsləndirib. 

Surinin mahnını ifa etməsinə səbəb onun yeni versiyasını bəyənməsi ilə bağlıdır. 

Qeyd edək ki, mahnının aranjimanı Osman Həmidova aiddir. Bəstə Nura Surinin rəsmi "Youtube" kanalında təqdim olunub. “Cover” fotonunun müəllifi isə fotoqraf Niko Abbasovdur.