“Sibel Cana nifrət edirəm”- - Güllələnən müğənni

sibel-cana-nifret-edirem-
Oxunma sayı: 3531


“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sibel Canın vəliəhdi kimi təqdim edilən Mutlu ilk açıqlamasını verib. O, komadan oyanan kimi “Sibel Cana nifrət edirəm” kəlmələrini işlədib. 

Mutlu Kayanın anası da yenidən Sibel Candan gileylənib:

“Sibel Can kömək edəcəm deyə özünü ortaya atdı. Bu səbəbdən Mutluya kömək edənlərin də yolunu bağladı. Onlar düşündülər ki, onsuz Sibel Can kömək edəcək. Cəmi Sibel Canın meneceri iki dəfə qızımın halı barəsində soruşdu. Kimsə bizə kömək etmək məcburiyyətində deyil. Amma Sibel Canın etdiyi bizə çox toxundu. Onun nə həssaslığı, nə də bir köməyi oldu”.

Qeyd edək ki, müğənni Sibel Can Mutlu Kayanı taparaq “Səsi çox gözəl”  yarışmasına aparmışdı,  lakin sonra o, sevgilisi tərəfindən güllələnmişdi.

“Qafqazinfo”