“Sibel Canın saçlarını yolmaq istəyirdim”

sibel-canin-saclarini-yolmaq-isteyirdim
Oxunma sayı: 2585

Türkiyənin məşhur müğənnisi Hülya Avşar hər kəsi təəccübləndirən açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, o, verilişində qonaq olan Muazzez Abacı ilə söhbət edən zaman Sibel Canla bağlı maraqlı fikir səsləndirib. 

Avşar həmkarına vaxtilə nifrət etdiyini söyləyib:

“İzmirdə İbrahim Tatlısəslə səhnəyə çıxacaqdıq. Afişalar çıxmışdı. Amma Tatlısəs mənimlə səhnəyə çıxmaq istəmədi. Yerimə Sibel Canı gətirdi. Çox pis oldum, günlərlə ağladım. Sibel Canın saçlarını yolmaq istəyirdim. Sonra köməyimə Muazzez Abacı gəldi. O, məni öz komandasına daxil etdi”.