Siçan dərmanından öldüyü deyilən qızın cəsədində bıçaq izləri

sican-dermanindan-olduyu-deyilen-qizin-cesedinde-bicaq-izleri
Oxunma sayı: 644

“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər xəbər verir ki, fevralın10-da Tərtər rayonunun Qapanlı kənd sakini Şəbnəm Dünyamalıyevanın siçan dərmanı içərək ölməsi və sonradan qohumları tərəfindən kənd qəbiristanlığında dəfn edilməsi barədə Tərtər RPŞ-yə daxil olan əməliyyat məlumatı üzrə araşdırmalar zamanı mərhumun mütəmadi olaraq atası Namət və qardaşı Vasif tərəfindən işgəncələrə məruz qalmasından intihar etməsi ehtimal olunub.

Bununla əlaqədar martın 27-də Ş. Dünyamalıyevanın meyiti eksqumasiya edilib və üzərində bıçaq xəsarətləri aşkar edilib.

İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri RPŞ tərəfindən aparılır.