Siçanabənzər gəmiricilərə qarşı mübarizə başlayıb

Siçanabənzər gəmiricilərə qarşı mübarizə başlayıb
Oxunma sayı: 724

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Şəki, Qax, Zaqatala və Qobustan rayonlarında kənd təsərrüfatı bitkilərinin xüsusu təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Qayabaşı, Sarıca, Qaratorpaq, Bolludərə, Turan, Suçma, Böyük Dəhnə, Baş Layıqçı, Baş Göynük, Şin, Çayqaraqoyunlu və Səbətli kəndlərini əhatə edən 22800 hektar sahədə fitosanitar müşahidələr aparılıb və 20350 hektar sahənin adıçəkilən zərərverici ilə sirayətləndiyi müəyyən edilib. Ümumilikdə 12750 hektarda kimyəvi mübarizə tədbirləri aparılıb ki, bunun da 8663 hektarı dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilib.

Qax rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 2046 hektar sahədə kimyəvi mübarizə həyata keçirilib. Aparılmış mübarizənin bioloji səmərəliliyi 89% təşkil edib. Qalan sahələrdə isə mübarizə işləri davam etdirilir.

Zaqatalada təsərrüfat subyektləri hesabına 645 hektar sahədə mexaniki, 620 hektar sahədə isə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Qobustan rayon ərazisində 2618 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb.

Bildirək ki, kimyəvi mübarizə tədbirləri zamanı brodifak 0.25% (0,03 kq/ha – 150 ədəd i.y.) preparatından istifadə olunub. Mübarizə tədbirləri ilə yanaşı, fermerlər və təsərrüfat subyektlərinin rəhbərləri ilə maarifləndirici söhbətlər aparılıb, təhlükəsizlik haqqında təlimat və tövsiyələr, broşurlar təqdim olunub.

Hazırda adıçəkilən rayonlarda siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi