Siçanlar kosmosa çatdı

sicanlar-kosmosa-catdi
Oxunma sayı: 1740

İlon Maskın sahibi olduğu “SpaceX” şirkətinin üç gün öncə Florida ştatındakı Keyp Kanevaral hərbi hava bazasından “Falkon” raketi ilə göndərdiyi “Draqon” adlı kapsula Beynəlxalq Kosmik Stansiyaya çatıb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, ağırlığı 2,7 ton olan kapsulada süni intellektli robot, 20 siçan və yüksək miqdarda kofeinli qəhvə yerləşdirilib.

Robot orada məlumatları qeyd edəcək. Siçanlar və qəhvədə baş verəc\k proseslər isə təcrübədə nəzərdən keçiriləcək.

Qeyd edək ki, elmi araşdırma Rusiya, Yaponiya, Kanada Avropa Kosmik Agentliklərinin birgə əməkdaşlığı ilə keçirilir.