“Siçanlar və adamlar”ın davamı gəlir

sicanlar-ve-adamlarin-davami-gelir
Oxunma sayı: 1044

Azərbaycanın əlilliyi olan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı ictimaiyyətin və çoxsaylı tamaşaçı xahişlərini nəzərə alaraq, çoxdan gözlənilən “Adamlar və siçanlar - 2” tamaşasının nümayişini həyata keçirəcək. 

“Qafqazinfo” xəbər verir ki, Amerika yazıçısı, Nobel və Pultizer mükafatı laureatı Con Steynbekin “Siçanlar və adamlar haqqında” povestinin motivləri əsasında hazırlanan tamaşanın nümayişi 28 fevralda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutacaq. 

Ölkə ictimaiyyətinin rəğbətlə qarşıladığı “Adamlar və siçanlar” tamaşası bu dəfə fərqli quruluşda hazırlanaraq, “Adamlar və siçanlar - 2” adı ilə səhnə həyatı yaşayacaq. 

Qeyd edək ki, “Adamlar və siçanlar – 2” tamaşasının quruluşçu rejissoru və bəstəkarı Nihad Qulamzadə, rejissoru Elşən Əsgərovdur.