“Şiə turistləri ölkələrinə buraxmırlar”

sie-turistleri-olkelerine-buraxmirlar
Oxunma sayı: 637

“İslamazeri.az”ın İranın Qum hövzəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ayətullah Məkarim Şirazi buyurub: “Ərəbistanın baş müftisi bu yaxınlarda verdiyi “Müsəlmanların şiələrlə mübarizə aparmaqları vacibdir” fətvası çox təəccüblüdür. Bu, İslam dünyasında məzhəb döyüşünə səbəb ola biləcək bir sözdür. Misirli sələfilər də şiələrlə açıq-aşkar düşmənçiliyə başlayıblar.

Səud rejimi ABŞ və sionistlərlə əlaqədədir. Onlar bu ixtilafı və vəhdət pozuntusunu Səud müftilərinin əlləriylə reallaşdırırlar. Onlar şiənin məntiqindən belə qorxurlar. Bu həddə gəlib çatıb ki, şiə turistləri belə ölkələrinə buraxmırlar. Xəbərsiz müftilər həqiqi düşmənlərini tanısınlar və islam ümmətini döyüşə yox, vəhdətə çağırsınlar.”