Şiələri döyərək öldürdülər

sieleri-doyerek-oldurduler
Oxunma sayı: 1655

“SalamNews”un “aljazeera.net”ə istinadla verdiyi xəbərə görə, minlərlə şiənin məskunlaşdığı əl-Cizə vilayətinin Zaviyət Əbu-Muslim qəsəbəsində Şeyx Həsən Şəhatənin evinə hücum olub. Şeyx Həsən Şəhatənin evində dini mərasimin keçirildiyi zaman edilən hücumda Şeyx və onunla birgə daha üç nəfər döyülərək öldürülüb, daha 5 nəfər yaralanıb.

Tibbi mənbələrin məlumatına görə, onlar daş, dəyənək və təpiklərin nəticəsində həlak olublar.

Misir Şiələrinin sözçüsü Ənvər Məhəmmədin sözlərinə görə, iki həftədir bölgədə şiələr qarşı etirazlar baş qaldırıb. O, son hadisədə polisin çox gec hərəkətə keçdiyini bildirib.

Xatırladaq ki, Suriyada baş qaldıran qarşıdurmalar getdikcə məzhəb qarşıdurmasına çevrilərək, Livan və Misirə keçməkdədir. Qarşıdurmanın körfəz ölkələrinə də keçməsi ehtimalları var.