“Siemens” 7 min iş yerini ləğv edəcək

siemens-7-min-is-yerini-legv-edecek
Oxunma sayı: 791

Almaniyanın “Siemens” şirkəti bütün dünya ərzində 6,9 min iş yerini ləğv edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda qeyd edilib.

Məlumata əsasən, ləğv olunan iş yerlərinin təxminən yarısı Almaniyaya aid olacaq. Şirkətin Almaniyadakı zavodlarından ikisini bağlayacağı vurğulanıb.

Qeyd edək ki, “Siemens AG” şirkətində bütün dünya üzrə 342 min insan çalışır.