“Sığmazam” yenə gündəmdə - Bu dəfə Sami Yusufla + Video

sigmazam-yene-gundemde
Oxunma sayı: 4896

Müğənni Sami Yusuf dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə maraqlı layihə təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, həmyerlimiz şairin “Sığmazam” qəzəlini fərqli bir şəkildə ifa edib. Layihədə 57 nəfərlik orkestr yer alıb və Samini Əməkdar artist Təyyar Bayramov, Əməkdar incəsənət xadimi  Samirə Əliyeva müşayiət edib. 

S. Yusufun sözügedən ifası sənətçinin “Youtube” səhifəsində yerləşdirilib.  Bəstə 15 saat ərzində 100 min baxış toplayıb, 13 min insan tərəfindən bəyənilib. 

Bundan əlavə, “Sığmazam” sosial şəbəkələrin də güdəmini zəbt edib, istifadəçilər tərəfindən bəyənilib və müzakirə mövzusuna çevrilib.