Sığorta edib pul verməyənlərin - - Siyahısı

sigorta-edib-pul-vermeyenlerin-
Oxunma sayı: 1754



Beləliklə, bu həftə (24-28 fevral 2014-cü il) sığorta şirətləri ilə bağlı məhkəmə çəkişmələrinin əsas hissəsini vətəndaşların sığorta şirkətlərinə qarşı “sığorta pulunun ödənilməsi” ilə bağlı məhkəmə iddiaları təşkil edib. Həmçinin, “Hərbi xidmət zamanı həlak olan hərbi qulluqçuların varislərinə qanunla nəzərdə tutulan sığorta pulunun ödənilməsinin təmin edilməsi”, “sığorta ödənişinin və mənəvi ziyanın ödənilməsi”, “məbləğin tutulması” və sair iddialar da olub. Öz növbəsində sığorta şirkətlərinin hüquqi və fiziki şəxslərə qarşı da məhkəmə iddiaları var, amma onların sayı azdır.

Həftə ərzində ən çox məhkəməyə verilən sığorta şirkəti Dövlət Sığorta Kommersiya Şirkəti olub - 88 məhkəmə işi. Yeri gəlmişkən, maraqlı fakt kimi qeyd etmək olar ki, təkcə bir hakimin baxması üçün eyni gündə Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia üzrə 21 məhkəmə işi təyin edilib. İştirak etdiyi məhkəmə çəkişmələrinin sayına görə, sonrakı yerləri "Atəşgah Sığorta" və "Beynəlxalq Sığorta" şirkətləri tutur.
Bu həftə müddətində məhkəmədə tərəf olaraq iştirak edən sığorta şirkətlərinin tam siyahısı belədir:

Dövlət Sığorta Kommersiya Şirkəti – 88 məhkəmə işi
“Atəşgah” Sığorta Şirkəti”ASC – 4 məhkəmə işi
“Beynəlxalq Sığorta Şirkəti” ASC – 4 məhkəmə işi
“Azsığorta" ASC – 2 məhkəmə işi
“Standard İnsurance” Sığorta şirkəti  - 2 məhkəmə işi
“Xalq Sığorta” ASC – 2 məhkəmə işi
“Atasığorta” ASC – 1 məhkəmə işi
AXA MBASK Sığorta Şirkəti ASC – 1 məhkəmə işi
“A-Qroup Sığorta Şirkəti” ASC – 1 məhkəmə işi
“Bakı Sığorta”  - 1 məhkəmə işi
“Meqa Sığorta” ASC – 1 məhkəmə işi
“Era Trans Sığorta” ASC – 1 məhkəmə işi
“Paşa Sığorta” ASC -1 məhkəmə işi
“Qarant Sığorta” ASC – 1 məhkəmə işi