Sığortaolunanların sayı 1 930 670 nəfərə yüksəlib

sigortaolunanlarin-sayi-1-930-670-nefere-yukselib
Oxunma sayı: 637

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, bu ilin 9 ayı ərzində Fond tərəfindən əlavə olaraq 130 218 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 930 670 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlar arasında kişilər çoxluq təşkil edir -1 079 495 nəfər. Fərdi şəxsi hesabı olan sığortaolunanların 851 175 nəfəri isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 476 736 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 412 398 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 439 502 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 412 400 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 189 634 nəfərdir.
Hazırda DSMF tərəfindən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq fərdi uçotun tətbiq dairəsinin genişləndirilməsi üçün müvafiq tədbirlər davam etdirilməkdədir.

Nigar Məmmədli