Siirtdə 6 PKK-lı terrorçu zərərsizləşdirilib

siirtde-6-pkk-li-terrorcu-zerersizlesdirilib
Oxunma sayı: 640

Türkiyədə Siirtin Pervari və Eruh rayonlarında anti-terror əməliyyatları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Siirt valisi Mustafa Tutulmaz təhlükəsizlik qüvvələrinin terrorçularla bağlı kəşfiyyat məlumatı aldıqlarını bildirib.

Ordunun keçirdiyi əməliyyat nəticəsində 3 terrorçu öldürülüb. Daha 3-ü isə yaralı olaraq zərərsizləşdirilib.