Şikayətçi icra hakimiyyətinin qarşısında huşunu itirdi

Şikayətçi icra hakimiyyətinin qarşısında huşunu itirdi
Oxunma sayı: 180

Bu barədə “Qafqazinfo”ya hadisə yerində olan yerli jurnalistlərdən biri xəbər verib. Huşsuz vəziyyətdə qalan şikayətçinin sonradan yerli sakinlərin çağırdığı təcili yardım həkimlərinin köməyi ilə özünə gəldiyi deyilir. Nitq qabiliyyətinin olmamasına baxmayaraq, şikayətçi yazılı şəkildə özünü təqdim edərək Xaçmaz şəhər, köhnə Sovetski küçəsində yaşayan Fərzəliyev Vaqif olduğunu, icra hakimiyyətinə sosial problemlərlə bağlı şikayətə gəldiyini və icra hakimiyyətinin əməkdaşları tərəfindən çölə atıldığını izah edə bilib.

Yerli sakinlərin sözlərinə görə, onu içəri buraxmayıblar və Xaçmaz sakini əlil arabası ilə bir yerdə yerə yıxılsa da, icra hakimiyyətinin əməkdaşları ona məhəl qoymayıblar.

Qeyd edək ki, Xaçmaz rayon İcra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin qəbul günləri həftənin cümə günüdür. Buna baxmayaraq, yenə də sakinlər onun qəbuluna düşmək üçün imkan tapa bilmirlər.

Səidə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi