Sıla iş adamı ilə görüşü - Sevgilisi onu atdı

sila-is-adami-ile-gorusu
Oxunma sayı: 1897

Bir ildir ki, eşq yaşayan və evlənəcəkləri barədə xəbərlər yayılan pop ulduz Sıla ilə aktyor sevgilisi Ahmet Kural münasibətlərini bitirib. “Qafqazinfo” xəbər verir ki, dəfələrlə ayrılıq xəbərləri ilə gündəmə gələn cütlük birdəfəlik yollarını ayırıblar. 

Sıla Ahmeti instaqramda təqibdən çıxarıb, onunla birgə çəkdirdiyi fotoları səhifəsindən silib.  Onların ayrılma səbəbi də məlum olub.  

Hürriyet qəzeti yazır ki, Sıla  iş adamı Can Yantır ilə nahar edib. Bunu öyrənən Ahmet sevgilisini qısqanaraq münasibətini bitirmək barədə qərar qəbul edib.