Sıla Kate Mossun paltarından geyindi

sila-kate-mossun-paltarindan-geyindi
Oxunma sayı: 2437

Türkiyənin pop ulduzu Sıla İstanbuldakı beş günlük konsertinə start verib.  “Qafqazinfo” xəbər verir ki, müğənni Harbiye Cəmil Topuzlu adına Konsert Mərkəzində səhnəyə çıxıb. 

Müğənni musiqili gecədə iki geyimdən istifadə edib. O, konsertin birinci hissəsində “Saint Laurent”, ikinci hissədə isə “A46 Tuvanam” markalarına müraciət edib. 

Pop ifaçısı ümumi olaraq 5 gün ard-arda səhnəyə çıxacağı üçün 14 fərqli libas hazırlatdırıb.  Sılanın ingiliz model Kate Mossun “Met Gala- 2018”də geyindiyi Saint Lauren imzalı libasdan sifariş etməsi xüsusi diqqət çəkib. Onun Mossun mükafat gecəsindəki libasını bəyəndiyi, bu səbəbdən fransız modelyerə müraciət etdiyi qeyd olunub. 

Qeyd edək ki, Sıla dekabrın 29-da Bakı Konqres Mərkəzində konsert verəcək.