Sıladan azərbaycanlı müğənniyə təklif- - Video

siladan-azerbaycanli-mugenniye-teklif-
Oxunma sayı: 1429



Bu barədə “Qafqazinfo”ya açıqlama verən “Art Records” prodüser  mərkəzinin rəhbəri Fuad Tek bildirib ki, mərkəzin layihəsi olan, müğənni Rusonun ifa etdiyi “Hanı o günlər?” mahnısı türk müğənnisinin diqqətini cəlb edib:

“Rusonun ifa etdiyi “Hanı o günlər?” mahnısının musiqisi və sözləri bəstəkar-aranjimançı Həsən Ağayevə (DJ Vebo) məxsusdur. Mahnıya prodüser mərkəzi tərəfindən klip də çəkiləcək Sıla mahnını sosial şəbəkələrdə dinləyib, ifaçıya və mahnıya olan marağını gizlətməyib. Müğənninin yanında çalışanlar “Art Records” prodüser mərkəzinin Türkiyə təmsilçisiylə əlaqə saxlayıblar. Hazırda Sılanın marağını dəyərləndirmək üçün alternativ yollar axtarılır və danışıqlar gedir. Çox güman ki, işbirliyi alınacaq və biz bunu geniş layihə şəklində təqdim etməyi planlaşdırırıq”.

Qeyd edək ki, müğənni üçün mahnı seçimlərini və repertuarın hazırlanması, o cümlədən, yaradıcılıqla bağlı digər məsələlər prodüser markəzi və onun rəhbəri Fuat Tek tərəfindən təyin edilərək həyata keçirilir.