“Silah istehsalı üçün heç kimdən izn almayacağıq” - Ruhani

silah-istehsali-ucun-hec-kimden-izn-almayacagiq
Oxunma sayı: 944

“Bütün dünyaya bəyan etmək istəyirik ki, bizə lazım olan istənilən növ silahı istehsal edəcək və ya alacağıq. Biz xarici ölkələrin razılığını gözləmirik və gözləməyəcəyik”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani Tehranda çıxışı zamanı söyləyib. 

Ruhani əlavə edib ki, İran region ölkələrinə qarşı mehriban qonşuluq siyasəti həyata keçirir və onlardan da eynisini gözləyir. 

İran prezidenti qeyd edib ki, problemlərin yeganə həll yolu dialoqdur və Tehran ordunun inkişafı ilə paralel qarşıdurmalara (silahlı-red.) qarşı çıxış edəcək. 

Ruhani, həmçinin Yaxın Şərqdəki gərginliyə toxunaraq bəzi ölkələrin terror təşkilatlarını məqsədlərinə çatmaq üçün istifadə etdiklərini vurğulayıb.