Silah və narkotk alverçiləri tutuldu - Foto+Video

Silah və narkotk alverçiləri tutuldu
Oxunma sayı: 1939

Sabunçuda silahlı və narkotk vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, daxil olan məlumat əsasında Bakıxanov qəsəbəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Asim Hüseynov saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsi 13- Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan A.Hüseynovun  üzərində şəxsi axtarış aparılan zaman 11.5 qram narkotik vasitə heroin, habelə idarə etdiyi “Daewoo” markalı avtomobildən 1 ədəd  “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron, həçminin 1 ədəd bıçaq və 1 ədəd taxta dəyənək aşkar edilərək götürülüb. O, ifadəsində aşkar edilən əşyaların ona məxsus olduğunu etiraf edib.

Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan əvvəllər məhkum olunmuş paytaxt sakini Vasif Abdulovun üzərində şəxsi axtarış aparılan zaman 0,900 qrram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq V.Abdulovun idarə etdiyi “Mitsubishi” markalı avtomobildən əlavə olaraq 31,119 qram heroin, 29,450 qram metamfetamin, 1 ədəd “Toz-16” markal ov tüfəngi və 1 ədəd xəncər aşkar edilərək götürülüb.

Faktlarla bağlı toplanan materiallar əsasında Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdrımalar davam etdirilir.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi