Silah yoldaşını öldürən əsgər tutuldu

silah-yoldasini-olduren-esger-tutuldu
Oxunma sayı: 654

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib. Abdullayev deyib ki, əsgər Arif Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

İyulun 20-də Müdafiə Nazirliyinin Beyləqanda yerləşən "N" saylı hərbi hissəsində xidmət edən əsgər Arif Şakir oğlu Cəfərov təhlükəsizlik qaydalarını pozduğundan tabeliyindəki silahdan atəş açılıb. Güllə əsgər Hikmət Eldar oğlu Yusifova dəyib və o hadisə yerində həlak olub.