Silahla prezidentin görüşünə gedən şəxs saxlanıldı

silahla-prezidentin-gorusune-geden-sexs-saxlanildi
Oxunma sayı: 2897

Argentinada bir nəfər şəxs tapança ilə prezidentin görüşünə gedib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 36 yaşlı Fransisko Ariel Munis prezident sarayına gedərək özü ilə içərisində silah olan qutu aparıb. Ancaq silahlı qutu ilə içəri keçə bilməyəcəyini görən Munis bağlamasını orada qoyaraq sarayı tərk etməyə çalışıb.

Bu zaman Kasa Rosadanın (prezident sarayı – red.) təhlükəsizlik xidmətinin əməkdaşları onu saxlayaraq hüquq-mühafizə orqanlarına təhvil veriblər.