“Silahlarımızın dünyada analoqu yoxdur” - Putin

silahlarimizin-dunyada-analoqu-yoxdur
Oxunma sayı: 1111

Prezident Vladimir Putin Rusiyanın müasir silahlarının hələ uzun müddət dünyada analoqunun olmayacağını deyib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin bu barədə Kremldəki çıxışı zamanı bildirib:

“Əsas diqqətimizi ordunun yeni silahlarla təchizatına, müasir idarəetmə və əlaqə vasitələrinə yönəldirik. Bizim silahlarımızın perspektivli nümunələrinin dünyada analoqu yoxdur və uzun müddət də olmayacaq”.