Silahlı şəxslər yaşayış binasına hücum etdi - 11 ölü

silahli-sexsler-yasayis-binasina-hucum-etdi
Oxunma sayı: 1232

Meksikanın Çiuaua ştatında silahlı şəxslər yaşayış binasına hücum edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nəticədə 11 nəfər öldürülüb. Onlardan 8-i kişi, 3-ü qadındır. Polisin ehtimalına görə, hücum iki yerli cinayətkar qruplaşma arasında yaranan münaqişə nəticəsində baş verib.

Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.