Sılanı döyən Ahmet Kurala daha bir “cəza”

silani-doyen-ahmet-kurala-daha-bir-ceza
Oxunma sayı: 2222

Müğənni Sıla Gəncoğlunu döyməsi ilə gündəmdə olan aktyor Ahmet Kural reklam işindən də olub.

“Qafqazinfo” “Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorla işləyən “Yapı Kredi Bank” bundan sonra onunla çalışmayacağını elan edib. Bundan sonra Ahmet bankın heç bir reklamında yer almayacaq. 

Qeyd edək ki, Sıla Ahmet Kuraldan məhkəməyə şikayət ərizəsi yazaraq uzaqlaşdırma qərarı alıb.