“Silk Way” 2 yük təyyarəsi alıb

silk-way-2-yuk-teyyaresi-alib
Oxunma sayı: 768


“Qafqazinfo”nun məlumatına görə, aviaşirkətdən AzərTAc-a bildiriblər ki, təyyarənin biri artıq Bakıya gətirilib. Yeni təyyarə ilə gələn aydan etibarən Koreya Respublikasının paytaxtı Seula müntəzəm uçuşlar təşkil ediləcək. Eyni zamanda, Şanxay və Honq-Konq istiqamətində uşuların sayı həftədə 5 dəfəyədək artırılacaq, Avropanın Hahn və Milan aeroportlarına gündəlik uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, Silk Way West aviaşirkətinin marşrut şəbəkəsi 20-si müntəzəm, 30-u isə çarter olmaqla 50 istiqamətdə uçuşlar həyata keçirməyə imkan verir.