Silsilə cinayətlər törədən dəstə ələ keçdi

silsile-cinayetler-toreden-deste-ele-kecdi
Oxunma sayı: 1637

Fevralın 10-da  Zərdab rayon sakini İlqar Abdullayevin bir baş iribuynuzlu heyvanı oğurlanıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbirləri ilə Zərdab rayon sakinləri Ədalət Məhəmmədli, Vüqar Səmədzadə, Vüsal Şükürov və Mingəçevir şəhər sakini Turan Yusibov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub. Dindirilmə zamanı onlar oğurladıqları mal-qaranı dəyərindən ucuz qiymətə satdıqlarını etiraf ediblər.

Dəstə üzvlərinin digər cinayət əməllərində iştirakı ilə bağlı araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində onların rayon ərazisindəki obyektlərdən oğurluq etdikləri müəyyən edilib. Belə ki, əvvəlcədən əlbir olan dəstə üzvləri İ.Ağalarova məxsus anbardan 2800 manat dəyərində içki məhsulları və E.Eminova məxsus çay evindən 1300 manat dəyərində məişət əşyaları oğurlayıblar.

Oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalara davam etdirlir.

Murad Əhməd