Sim-kartlar üçün yeni standart təsdiq edilib

sim-kartlar-ucun-yeni-standart-tesdiq-edilib
Oxunma sayı: 637

“Qafqazinfo”nun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən xəbərinə görə, üstünlük öz layihələrini təklif edən digər şirkətlərin təzyiqi atında dəyişikliklərə məruz qalan Apple şirkəti tərəfindən təklif edilən modula verilib.

Yeni SIM-kart mövcud microSIM-dən 40 faiz kiçikdir. Yeni SIM-kartın uzunluğu 12,3 mm, eni 8,8 mm, qalınlığı 0,67 mm təşkil edir. NanoSim əvvəlki standartlar kimi funksionallıq təklif edir və əks uyğunluğa malikdir.

SIM-kartın ölçüsünün azaldılması smartfon daxilində yerə qənaət etməyə imkan verməklə qurğunun korpusunun daxilindəki boş yerlərdən digər məqsədlər üçün istifadəyə şərait yaradır.

Standartın qəbul edilməsi ETSI-nin xüsusi komissiyasının üzvləri – Apple və onun mobil bazardakı rəqibləri Nokia, RIM və Motorola şirkətləri arasında yaranan fikir ayrılığına görə təxirə salınıb. Məhz bu səbəbdən standartla bağı səsvermə planlaşdırılan müddətdən bir neçə ay gec keçirilib.

Nigar