SİM kartsız işləyən ilk smartfon təqdim edildi - Video

sim-kartsiz-isleyen-ilk-smartfon-teqdim-edildi
Oxunma sayı: 1676

Pundi X kriptovalyuta startapı blokçeyn texnologiyası əsasında işləyən XPhone adlı yeni smartfon təqdim edib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, qurğu zəngləri öz şəbəkəsinin qovşaqları vasitəsilə edir.

Şirkət smartfonla yanaşı, blokçeyn əsasında ilk “Function X” əməliyyat sistemini və mobil qurğular üçün rabitə protokolunu nümayiş etdirib. Onun vasitəsilə istifadəçilər ənənəvi mobil rabitə operatorlarından asılı olmayaraq zənglər edə, bildirişlər və məlumatlar göndərə bilərlər. Bununla da zənglər blokçeyn üzərindən edilərək mobil nömrəyə ehtiyacı aradan qaldıracaq.

Məlumata görə, “Function X” istehsalçı tərəfindən blokçeyn əsrində yeni məlumat ötürmə protokolu adlandırmaqla innovasiyanın blokçeyn texnologiyasının maliyyə sahəsindən kənar tətbiqini genişləndirəcəyinə ümid edir. Bundan əlavə, şirkət “FXTP” desentralizasiya edilmiş fayl saxlama sistemini təqdim edib.

Layihə müəlliflərinin fikrincə, “XPhone” və “Function X” əhatəlilik problemi üçün həll olunacaq və blokçeyni real dünya ilə birləşdirməyə kömək edəcək.