Sima Şərafətdinova ölümdən döndü - Foto

sima-serafetdinova-olumden-dondu
Oxunma sayı: 7722

Türkiyənin ən məşhur yarışmalarından biri olan "İşte benim stilim"in keçmiş qalmaqallı iştirakçısı Sima Şərafətdinova qəza keçirib.

“Qafqazinfo” xəbər verir ki, Sima bu barədə sosial şəbəkədə məlumat yayıb.

O, qəza fotosunu paylaşaraq çox qorxduğunu bildirib:

“Allah bizi nəzərdən qorusun. Bu gecə bizə vuran avtomobil daha böyük olsaydı mən bu yazını yaza bilməyəcəkdim. Allah mənə, ailəmə və sevənlərimə acıdı. Onlara bağışladı, sevdiklərinizin dəyərini bilin. Allah mənim və hər kəsin yardımçısı olsun”.


Xatırladaq ki, Sima "İşte benim stilim"in ən qalmaqallı iştirakçılarından biri olub. Model yarışmadan uzaqlaşmasından, orada rastlaşdığı saxtakarlıqlar barədə açıqlaması böyük müzakirələrə səbəb olmuşdu.