Şimal bölgəsində elektrik enerjisinin verilişi bərpa edilib - Fotolar

Şimal bölgəsində elektrik enerjisinin verilişi bərpa edilib
Oxunma sayı: 609

Xəbər verdiyimiz kimi, Azərbaycanın şimal rayonlarında dünən günün ikinci yarısından başlayan şiddətli külək fəsadlar yaradıb. Ağaclar aşıb, evlərin dam örtüyü uçub, elektrik enerjisinin verilməsidə məhdudiyyətlər yaranıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya bildirib ki, sinoptiklərin Şimal bölgəsində şiddətli küləyin əsəcəyi barədə proqnozunu nəzərə alaraq elektrik enerjisi təsərrüfatına dəyə biləcək ziyanın aradan qaldırılması, qəzaların nəticələrinin mümkün qədər qısa müddət ərzində ləğv edilməsi üçün əvvəlcədən bütün mümkün ehtiyat tədbirləri görülmüşdü. 

“Bölgəyə qonşu rayonlardan və Bakıdan əlavə briqadalar göndərilib. Zəruri texnika səfərbər olunub. Habelə zəruri mal-material ehtiyatı yaradılıb. Briqadalarımız gecə saatlarından etibarən dayanmadan qasırğanın elektrik təsərrüfatına vurduğu ziyanın nəticələrini aradan qaldırmaq üçün işləyir. Ən çox ziyan Qusar rayonuna dəyib, elektrik xətləri qırılıb, dayaqlar aşıb. Ziyanın miqyası böyük olsa da yaxın 2-3 saatda rayonunun bütün ərazisinə elektrik enerjisinin verilməsi bərpa ediləcək”-T.Mustafayev deyib.

Məlumata görə, Qubada və Qusarda ən çox ziyan 0.4 kv-luq şəbəkəyə dəyib, 10 kv-luq xətlərin hamısı artıq bərpa edilib. Briqadalar xətlərin üstünə aşan ağacları təmizləyir, zədələnən xətləri bərpa edir.

 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi