Şimal bölgəsində yarımstansiyalar tikiləcək

simal-bolgesinde-yarimstansiyalar-tikilecek
Oxunma sayı: 643

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yaxın perspektivdə sistem üçün xüsusi əhəmiyyət kəsb edəcək iri layihələr də həyata keçiriləcək. Belə ki, ilin sonuna kimi “Quba Elektrik Şəbəkəsi”nin xidməti ərazisində 4 ədəd 35 kilovoltluq yarımstansiyanın tikilib istismara verilməsi gözlənilir. Yeni yarımstansiyalar Atuc, Qımıl-Qazmalar, Əski-İqrik kəndlərində və Təngəaltı ərazisində inşa olunacaq. Əski-İqrik kəndində tikiləcəck yarımstansiya buradakı böyük turizm kompleksi üçün nəzəzrdə tutulur.
Görülən işlər ətraf yaşayış məntəqələrinə də müsbət təsirini göstərəcək.

Bundan başqa, Nabranda da ərazinin daha dayanıqlı elektrik enerjisi ilə təchizatı üçün 110 kV-lik yeni yarımstansiyanın tikilməsi və 4-cü "Xaçmaz" xəttinin "Yalama" yarımstansiyasına qədər genişləndirilərək ikidövrəli xəttin çəkilməsi nəzərdə tutulub.

Nigar Məmmədli