Şimal bölgəsindəki polis postları niyə qurulub? - - Səbəb

simal-bolgesindeki-polis-postlari-niye-qurulub-
Oxunma sayı: 2473


“Qafqazinfo” xəbər verir ki, bu barədə  AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib: 

"Bu addım ağır cinayət törətməkdə şübhəli bilinən silahlı bir şəxsin tutulması ilə bağlı idi. Keçirilən tədbir uğurla nəticələnib".

Orxan Mansurzadə yaxın vaxtlarda bu barədə ətraflı məlumat verəcəklərini deyib.

İyulun 13-də Quba, Xaçmaz sakinləri AzadlıqRadiosuna ərazidə polis postlarının qurulmasından, avtomobillərin saxlanılaraq sürücülərin sorğu-sual edilməsindən, sənədlərinin yoxlanılmasından narahatlıqlarını bildirmişdilər.