“Şimal” ES proqnozu keçib

simal-es-proqnozu-kecib
Oxunma sayı: 651

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iyun ayında 149,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırıldığından 700 min kilovatsaat çoxdur.
Cari ilin 6 ayı ərzində isə 1 milyard 207 milyon kilovatsaat proqnoza qarşı 1 milyard 212,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Stansiyanın 400 MVt-lik enerji blokunda qaz turbin qurğusu (QTQ) ilə birgə generatorun da təftişi planlaşdırılır. Bunun üçün generatorun istehsalçısı olan “ALSTOM” şirkəti ilə də müqavilə bağlanıb.

Nigar Məmmədli