Şimal qütbündə ən qədim buzlaqların 95 faizi əriyib

simal-qutbunde-en-qedim-buzlaqlarin-95-faizi-eriyib
Oxunma sayı: 1292

ABŞ Milli Okean və Atomsfer İdarəsi (NOAA) Şimal qütbündə son 5 ildə 1900-cü ildən bu vaxta qədərki ən yüksək temperatur qeydə alındığını açıqlayıb.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, 12 ölkədən 81 elm adamının hazırladağı “Şimal qütbü Hesabat Sənədi”ndə ən isti ilin 2016-cı il olduğu qeyd edilib.

Hesabata görə, qütbdə son 33 ildə isə ən qədim buzlaqların 95 faizi əriyib.

İqlim dəyişkənliyi Şimal qütbünün faunasına də ciddi ziyan vurub. Belə ki, son 20 ildə Şimal marallarının sayı 4,7 milyondan 2,1 milyona qədər azalıb.

Araşdırmaçı Susan Natali bunun dünya üçün ciddi xəbərdarlıq olduğunu və hərəkətə keçilməsinin vacibliyini bildirib.