Şimali İraqda atışma - Türkiyə ordusu şəhid verdi

simali-iraqda-atisma
Oxunma sayı: 1287

Türkiyə ordusu İraqın şimalındakı Zap bölgəsində PKK terror təşkilatına qarşı əməliyyatlarını davam etdirir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün keçirilən əməliyyat zamanı terrorçular əsgərlərə qumbara atıblar.

Nəticədə 2 əsgər şəhid olub, 3-ü isə yaralanıb.

Daha sonra şiddətli atışma baş verib və 8 terrorçu zərərsizləşdirilib.