Şimali İraqda koalisiya hökuməti dağılır

Şimali İraqda koalisiya hökuməti dağılır
Oxunma sayı: 849

İraq Kürd Regional Rəhbərliyi (İKRR) əleyhinə aksiyaların üçüncü günündə iki partiya koalisiya hökumətindən çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Dəyişiklik Hərəkatı (Goran) və Kürdüstan İslam Cəmiyyəti Partiyası (Komel) nazirlərini geri çağırıblar.

2013-cü ildə keçirilmiş parlament seçkilərindən sonra qurulan Nazirlər Kabinetində “Goran”ın 5, “Komel”in isə 2 naziri yer almışdı.

Qeyd edək ki, maaşların gecikdirilməsinə və iqtisadi böhrana etiraz edən minlərlə kürd bir çox şəhərdə etiraz aksiyası keçirir. Onlar bir neçə partiyanın binasını yandırmış və nazirləri istefaya çağırmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi