Şimali İraqdan növbəti seçki qərarı - Prezident və deputatlar seçiləcək

Şimali İraqdan növbəti seçki qərarı
Oxunma sayı: 1294

25 sentyabrda qanunsuz referendum keçirən İraq Kürd Regional Hökuməti, noyabrın 1-də prezident və parlament seçkiləri keçiriləcəyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin rəhbəri Məsud Bərzani “müstəqil dövlətin” prezidentini və milət vəkillərini seçməsinin vacib olduğunu bildirib.

Bu qərardan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt açıqlama verib və yeni seçkilər keçirilərsə daha sərt sanksiyaların tətbiq olunacağını deyib.

Qeyd edək ki, referendumdan sonra Türkiyə ilə yanaşı bir neçə dövlət, Şimali İraqla əlaqələri kəsib, uçuşları dayandırıb. Bundan başqa, Türkiyə ordusu Şimali İraqın bəzi bölgələrində PKK terrorçularına qarşı əməliyyatı genişləndirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi