Şimali Kiprdə “Azərbaycan – keçmişdən gələcəyə”

simali-kiprde-azerbaycan-kecmisden-geleceye
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, konfrans Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin və Akdəniz Universitetinin təşkilatçılığı ilə baş tutub.

Konfransın əsas hissəsində Milli Məclisin deputatı Aydın Mirzəzadə, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli, Belçikada Azərbaycan diasporunun sədri Bülənt Ercan, Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov və başqaları çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyəti, diaspor təşkilatlarının fəaliyyətində vətəndaşlıq və vətənpərvərliyin əhəmiyyəti, türk xalqlarının birliyinin dünya inkişafına töhvəsi barəsində danışıblar.