Şimali Koreya ABŞ-a şərtini açıqladı

simali-koreya-abs-a-sertini-aciqladi
Oxunma sayı: 1528

Şimali Koreyanın BMT Daimi Nümayəndəliyindəki səfiri Han Tae Sonq ölkəsinin ABŞ-a şərtini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ və Cənubi Koreyanın hərbi təlimlərə son qoymadan, Şimali Koreyanın danışıqlara başlamayacağını bildirib.

Han Tae Sonq deyib ki, Ş.Koreya nüvə gücünü daha da təkmilləşdirməyi planlaşdırır:

“Nüvə proqramına son qoymağı düşünmürük. Bu, ABŞ-a qarşı böyük gücdür. Buna görə, Tramp tərəfindən tətbiq ediləcək yeni sanksiyalara da hazırıq”.