Şimali Koreya lideri Trampla görüşmək istəyir

Şimali Koreya lideri Trampla görüşmək istəyir
Oxunma sayı: 1151

Şimali Koreya prezidenti Kim Çen In ABŞ prezidenti Donald Trampla görüşmək niyyətindədir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

O deyib ki, Şimali Koreya öz təhlükəsizliyi barədə qarşı tərəfdən təminat almaq üçün Trampla üz-üzə görüşmək istəyir. Lavrov, bu məsələdə Rusiyanın Şimali Koreya və ABŞ arasında vasitəçi ola biləcəyini bildirib:

“Danışıqlar prosesinə dəstək olmaq üçün görüşlərdə iştirak etməyə hazırıq. Bu barədə ABŞ dövlət katibi başda olmaqla, amerikalı həmkarlarımızı xəbərdar etmişik”.

Qeyd edək ki, ballistik raket sınaqları keçirən Şimali Koreya və ABŞ arasında gərginlik son aylarda pik həddə çatıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi