Şimali Koreya yeni taktiki silahlarını sınaqdan keçirib

simali-koreya-yeni-taktiki-silahlarini-sinaqdan-kecirib
Oxunma sayı: 1245

Şimali Koreya yeni taktiki silahlarını sınaqdan keçirib. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (STAK) məlumat yayıb.

Qeyd olunur ki, prosesdə Şimali Koreya lideri Kim Çen In da iştirak edib.

O, testdən sonra bildirib ki, bu sistemin inkişafı ordunun silahlanmasının tamamilə gücləndirilməsi yolunda vacibdir: “Biz hərbi istehsalın normallaşdırılmasına və müdafiə sənayesi və texnologiyasını prioritet səviyyəyə qaldırmağa davam edirik”.